...

Siyəzəndə "Prokurorluq orqanları və KİV" mövzusunda "dəyirmi masa" keçirilib

Siyasət Materials 17 May 2006 15:01 (UTC +04:00)

Mayın 17-də Siyəzəndə Azərbaycan Mətbuat Şurası və Respublika Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə "Prokurorluq orqanları və KİI" mövzusunda "dəyirmi masa" keçirilib. Trend in məlumatına görə, tədbirdə Mətbuat Şurası İdarə Heyəti üzvləri, Respublika Baş Prokurorluğunun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Xızı və Siyəzən rayonlarının prokurorluq orqanlarının əməkdaşları, həmin bölgələrdə fəaliyyət göstərən KİI-lərin nümayəndələri iştirak ediblər.

Dəyirmi masada yerli media vasitələrinin prokurorluq orqanları ilə münasibətləri barədə müzakirələr aparılıb, bu sahədə qarşıya çıxan problemlərdən danışılıb. Problemlərin həlli istiqamətində fikir mübadilələri aparılıb, müxtəlif təkliflər irəli sürülüb. "Dəyirmi masa"da həmçinin region KİI-lərinin ümumilikdə hüquq-mühafizə orqanları ilə əlaqələrinin vəziyyətinə də nəzər salınıb və bununla əlaqədar məruzələr dinlənilib.

MŞ sədri Əflatun Amaşov Şuranın belə tədbirləri artıq bir sıra dövlət qurumları, ilə keçirdiyini, Daxili İşlər, Təhsil Nazirliyikləri və digər təşkilatlarla birgə seminar, məşğələ və "dəyirmi masa"lar təşkil edildiyini deyib. Onun sözlərinə görə, Mətbuat Şurası perspektivdə jurnalistlərin məhkəmə, vergi, ədliyyə, səhiyyə orqanları, ekologija və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən qurumların nümayəndələri ilə də görüşdürməyi planlaşdırır. Burada məqsəd jurnalistlərin konkret sahələr üzrə ixtisaslaşmalarını, həmçinin onların peşə vərdişlərinə daha mükəmməl surətdə yiyələnmələrini təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti