...

Milli Məclisdə aqrar qanunvericiliyin təkmilləşdirilməsinə dair müşavirə keçirilib

Siyasət Materials 17 May 2006 15:16 (UTC +04:00)

Milli Məclisdə mayın 17-də aqrar qanunvericiliyin təkmilləşdirilməsinə dair müşavirə keçirilib. Trend xəbər verir ki, müşaviə Milli Məclisin aqrar siyasət daimi komissiyasının təşəbbüsü ilə keçirilsə də, tədbirdə iqtisadi siyasət və sosial siyasət daimi komissiyalarının sədrləri və üzvləri, aqrar sahə üzrə müttəxəssislər və müvafiq orqanların nümayəndələri iştirak ediblər.

Müşavirəni aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov açıb. Sədr aqrar sahədə aparılan islahatlar, bu sahəyə aid qanunlar və problemlər barədə danışıb.

Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov paytaxtın və rayonların baş planının olmadığını qeyd edib. Bildirib ki, mövcud qaydalara uyğun olaraq bu planlar rayon icra hakimiyyəti və bələdiyyələr tərəfindən hazırlanmalıdır. Lakin hazırlanmır. Komitə sədri torpaq islahatları ilə bağlı bəzi problemlərdən danışıb.

Kənd Təsərrüfatı Akademiyasının rektoru, akademik Məmmədtağı Cəfərov isə kənd təsərrüfatı sahəsində kadrların bacarığından Azərbaycanda lazımınca istifadə olunmadığını vurğulayıb. Akademik onu da bildirib ki, banklar kənd təsərrüfatı sahəsinə kredit verməkdə maraqlı deyillər.

Müşavirədə çıxış edənlər "Əkinçilik haqqında", "Aqrar sahədə milli istehsalın stimullaşdırılması və ixracı haqqında" və digər qanunların qəbul edilməsinin zəruriliyini vurğulayıblar. Müşavirənin işində Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti