...

Gəncədə Altay Məmmədovun ad günü qeyd edilib

Siyasət Materials 17 May 2006 15:38 (UTC +04:00)

Bu gün Gəncədə tanınmış yazıçı-publisit Altay Məmmədovun ad günü qeyd olunub. Mərasim öncə yazıçının Gəncədəki qəbirüstü abidəsinin ziyarəti ilə başlanıb. Şəhər içtimayətinin nümayəndələri-ziyalılar, Mədəniyyət idarəsinin və Yazıçılar Birliyi Gəncə şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən mərasimdə onun keçdiyi ömür yolu vərəqlənib və səhnə əsərləri barədə danışılıb.

Qeyd edək ki, Altay Məmmədov "Kişilər", "Dəli Domrul" və sair kimi tanınımış əsərlərin müəllifidir. Altay Məmmədov 1930-cu il mayın 15-də Gəncədə anadan olub və 2004-cü ildə dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti