...

Azərbaycan prezidenti BP şirkətinin icraçı vitse-prezidenti Endrü İnqlişi qəbul edib

Siyasət Materials 17 May 2006 17:49 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev BP şirkətinin icraçı vitse-prezidenti Endrü İnqlişi qəbul edib.

Dövlət başçısı 2006-cı ildə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinin işə düşəcəyini bəyan edərək bu kəmərlərin təkcə region üçün deyil, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün dünya üçün əhəmiyyətini vurğulayıb. Prezident ölkənin energetika strategiyasının gerçəkləşdirilməsində BP-nin rolunu xüsusi vurğulayıb.

E.İnqliş Azərbaycanda son il ərzində enerji layihələrinin gerçəkləşdirilməsi sahəsində irəliləyişi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan enerji təminatı sahəsində etibarlı tərəfdaş olub. O, BP-nin bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti