...

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini İsfahanda keçirilən konfransda iştirak edir

Siyasət Materials 17 May 2006 19:01 (UTC +04:00)

Azərbaycan Respeüublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi müavini Bağır Bağırov İran İslam Respublikasının İsfahan şəhərində keçirilən konfransda iştirak edir. Bu barədə Trend ə DİN Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Mehrab Tükanov məlumat verib.

M.Tükanov bildirib ki, konfransın keçirilməsində məqsəd islam dövlətlərinin hüquq mühafizə orqanlarının gələcəkdə birgə fəaliyyətini tənzimləyən ayrıca qurumun yaradılması məsələlərini müzakirə etməkdir. Konfransda yalnız islam dövlətlərinin hüquq mühafizə orqanlarının nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti