...

Naxçıvanda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəə komissiyası yaradılıb

Siyasət Materials 17 May 2006 19:16 (UTC +04:00)

2006-cı ilin aprel ayında Naxçıvan MR Ali Məclisində keçirilən müşavirədə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası yaradılıb.

Nakromaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Muxtar Respublika komissiyası 2006-cı il üçün tədbirlər planı hazırlayıb. Təçdbirlər planı 17 bənddən ibarətdir. Həmin tədbirlər planında görüləcək işlər öz əksini tapır və onlardan biri də profilaktik və hüquqi maarifləndirmə işini həyata keçirməkdir.

MR ədliyyə nazirliyinin işçiləri 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində və 21 saylı xüsusi müəssisədə narkotik vasitələrdən istifadə etdiyinə və ya alqı-satqısını həyata keçiriyinə görə məhkum olunmuş məhbuslarla keçirilən görüş də bu tədbirlərdən biri olub.

Tədbiri giriş sözü ilə cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polis-mayoru Vilayət Hacıyev açaraq, 20-ci əsrdə "ac ölüm" adlanan bu ümumbəşəri bəlanın bütün cinayətləri üstələdiyyindən, cəmiyyət həyatında törətdiyi ağır nəticələrdən danışdı. Eyni zamanda bu il Daxili işlər nazirliyinin verdiyi məlumata görə, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan 12 fakt üzə çıxıb. Digər fakta görə isə, bu cinayət işi ilə məşğul olanlardan 13 nəfər cinayətkar yaxalanıb. 3 nəfər isə qadın olub. 6 nəfər is İran İslam Respublikasının vətəndaşı olduğu aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti