...

Çan Qan şirkətinin 3 əməkdaşı Azərbaycana gəlir

Siyasət Materials 17 May 2006 19:19 (UTC +04:00)

May aynın 20-də Çin Xalq Respublikasının Çan Qan şirkətinin 3 əməkdaşı Xan Minq, Ronq Van və Zhou Xianq Azərbaycana gəlir. Bu barədə Gəncə Avtomobil Zavodunun mətbuat xidməti bildirib.

Məlumatda deyilir ki, GAZ-ın ikinci tərəfdaşı olan Çin şirkətinin nümayəndələri Gəncə Avtomobil Zavodunda mayın 21-də olacaqlar. Onlar zavodun yeni hazırlanan yığım sexi ilə tanış olmaqla yanaşı, Azərbaycanın avtomobil bazarını öyrənəcəklər.

3 günlük işguzar səfər çərçivəsində qonaqların zavodun direktoru Xanlar Fətiyevlə görüşü də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti