...

Turan Moralı: Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri Bakı-Tiflis-Axalkalaki layihəsinin gerçəkləşdirilməsini müzakirə edəcək

Siyasət Materials 18 May 2006 12:17 (UTC +04:00)
Turan Moralı: Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri Bakı-Tiflis-Axalkalaki layihəsinin gerçəkləşdirilməsini müzakirə edəcək

2006-cı il iyun ayının 1-ci həftəsində Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirləri Bakı-Tiflis-Axalkalaki dəmir yolu layihəsinin gerçəkləşdirilməsi yollarını müzakirə etmək üçün görüşəcək. Bu barədə Trend ə eksklüziv olaraq Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib.

"Görüş Bakıda keçiriləcək. Bu görüşdə tikinti üzrə müştərək şirkətin və ya konsorsiumun yaradılması haqqında qərar qəbul ediləcək. Həmçinin, bu layihədə ölkələrin payı da müəyyən ediləcək", - deyə səfir bildirib. O qeyd edib ki, layihənin mühəndis-texniki əsaslandırılması artıq başa çatıb.

Yolun inşasına başlanması haqqında qərar qəbul edildikdən sonra tikintinin maliyyələşdirilməsi ilə bağlı razılaşmanın əldə olunacağı nəzərdə tutulur.

Bu mərhələdə Ankara kredit üçün beynəlxalq maliyyə təşkilatlarından birinə müraciət edəcək.

Bakı-Tiflis-Axalkalaki layihəsi artıq mövcud dəmiryolunun reabilitasiyasını, o cümlədən bu yolun yeni hissəsinin çəkilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti