...

Məzahir Pənahov: "Təkrar seçkiləri izləyən beynəlxalq müşahidəçilərin seçki prosesinə dair rəyləri məni qane etdi"

Siyasət Materials 18 May 2006 12:28 (UTC +04:00)
Məzahir Pənahov: "Təkrar seçkiləri izləyən beynəlxalq müşahidəçilərin seçki prosesinə dair rəyləri məni qane etdi"

"Təkrar parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilərin seçki prosesinə dair rəyləri məni qane etdi". Trend in məlumatına görə, bu fikirləri juranlistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O, qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkinin nəticələrinə dair hesabatları açıqlanıb: "Həmçinin Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin müşahidə missiyası həm seçkiöncəsi vəziyyəti, həm də səsverməni müşahidə edib və onların da rəsmi var. Eyni zamanda MDB Parlament Assambleyasının nümayəndə heyəti də müşahidə aparıb. Parlamentarilərdən ibarət bu missiya da öz rəyini açıqlayıb. Bir sıra Avropa ölkələri, o cümlədən İspaniya, Almaniya, Belçika və başqa ölkələrin parlament təmsilçiləri də müşahidəçilər arasında olub və onların da ümumi rəyləri var. Bütün müşahidəçilər bir qayda olaraq seçkinin yüksək qiymətləndiriblər. Biz Avropa Şurasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyaları ilə əməkdaşlıq edirik. Onların yüksək fikirləri ilə yanaşı bəzi tövsiyələri də var"-deyə MSK sədri əlavə edib.

M.Pənahov onu da deyib ki, MSK Avropa Şurasının Venesiya Komissiyası ilə də əməkdaşlıq edir. Onun sözlərinə görə, seçki qanunvericiliyinə konkret müddəalar üzrə dəyişikliklər barədə müraciət yoxdur: "Venesiya Komissiyası ilə əməkdaşlıq bizim daimi işimizdir. Seçki qanunvericiliyinin hər zaman təkmilləşməyə ehtiyacı var. Bu məsələyə Milli Məclisin sessiyasında baxılmalıdır. Əgər müzakirəyə çıxarılsa, parlamentdə qəbul olunmalı, sonra prezident tərəfindən təsdiq edilməlidir. Bizə konkret müraciət olarsa, Mərkəzi Seçki Komissiyasında müzakirələr apara bilərik".

Xəbər lenti

Xəbər lenti