...

Nazim İsmayılov: 2006-cı ildə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin fəaliyyəti genişləndiriləcək

Siyasət Materials 18 May 2006 12:35 (UTC +04:00)
Nazim İsmayılov: 2006-cı ildə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin fəaliyyəti genişləndiriləcək

Mayın 25-də Azərbaycana mina və döyüş sursatlarının axtarışı və məhvi üzrə yeni avtomobil gətiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.

"Bu gün Azərbaycanda belə tipli iki maşın var ki, bu da görülən işlərin radiusunu genişləndirməyə imkan vermir", - deyə o bildirib.

N.İbrahimov onu da qeyd edib ki, iyunun sonunda Xorvatiyadan Bakıya "MV-4" markalı xüsusi maşın da gətiriləcək. "Nəticədə 2006-cı ildə xüsusi maşınların sayı 6-ya çatacaq",- deyə o vurğulayıb.

Minaaxtaran itlərlə bağlı məsələyə gəlincə, N.İbrahimov bildirib ki, iyulda ANAMA nümayəndə heyəti xüsusi təlim mərkəzinin fəaliyyət göstərdiyi Bosniya və Hersoqovinaya səfər edəcək. "Onlar 6 it seçəcək və avqustda Bakıya qayıdacaq", -deyə o qeyd edib. ANAMA direktorunun sözlərinə görə, mayın əvvəlinə olan vəziyyət üzrə agentliyin sərəncamında 30 minaaxtaran it var.

Sonda agentliyin rəhbəri ANAMA-nın şəxsi heyətinin genişləndirilməsi mövzusuna toxunub. "Agentlikdə 147 istehkamçı çalışır. Hazırda bunun 31 nəfəri ANAMA-nın Xanlar bazasında hazırlıq keçir. 45 gündən sonra hazırlıq başa çatacaq və onlar da agentliyin kollektivinə daxil ediləcək", - N.İsmayılov bildirib.

Xəbər lenti

Xəbər lenti