...

Rəfael Hüseynov: "AŞPA-nın elm və təhsil komiəsinin toplantısında Azərbaycanın marağını kəsb edən iki məsələ müzakirə olunub"

Siyasət Materials 18 May 2006 17:15 (UTC +04:00)

Mayın 17-18-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) elm və təhsil komiəsinin növbəti toplantısında Azərbaycanın marağını kəsb edən iki məsələ müzakirə olunub. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

R.Hüseynov bildirib ki, Azərbaycanın marağını kəsb edən məsələlərdən birincisi Böyük Britaniyadan olan deputat, Cənubi Qafqaz üzrə məruzəçisi O`Haranın regiona səfəri, ikincisi isə məruzəçisi olduğu "Avropa jurnalistika universiteti" adlı problem üzrə hazırlanmış məruzənin ilkin nəşr olunmuş variantının müzakirəsi olub.

Millət vəkili bildirib ki, Azərbaycanın nümayəndə heyəti Azərbaycan mədəni irsinə qarşı ermənilərin apardığı təcavüzlə bağlı çoxlu sənədlər hazırlayıb: "İşğal altında olan ərazilərdə qəbirlərin dağıdılması, Şuşada qeyri-qanuni arxeoloji qazıntıların aparılması, mədəni irsə qəsb, Azıx mağarasının dağıdılması və s. Ötən sessiyada isə Ermənistan ərazisində olan Azərbaycan mədəni abidələrin dağıdılması və eriməniləşdirilməsi ilə bağlı sənəd hazırlamışdıq".

R.Hüseynov qeyd edib ki, Ermənistan tərəfi də Avropa Şurası və digər beynəlxalq təşkilatlara saxta sənədlər göndərməklə guya Naxçıvanda erməni qəbirlərinin dağıdılması məsələsini gündəmə gətiriblər: "Ermənilərin məqsədi o idi ki, O`Haranın rəhbərlik etdiyi missiya yalnız bu məsələ ilə bağlı Naxçıvana səfər etsin. Lakin qurumun aprel sessiyasında biz O`Haranın regiona səfər etməsini tələb etdik və bu məsələ mayın 17-18-də qurumun elm və təhsil komitəsinin keçirdiyi toplantısında rəsmiləşdirildi".

Xəbər lenti

Xəbər lenti