...

Azərbaycan prezidenti İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 18 May 2006 17:56 (UTC +04:00)

Mayın 18-də Azərbaycan prezidenti İlham Əliyev İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib. Bu barədə Trend məlumat verib.

Söhbət zamanı M. Səfəri Azərbaycan dövlətinin başçısına İran prezidenti Mahmud Əhmədinejdatın salamlarını çatdıraraq Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının görüşünün yüksək səviyyədə hazırlanmasından razılığını bildirib.

Öz növbəsində, İ. Əliyev salamlara görə minnətdarğını bildirib və qonaqdan onun salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti