...

Heydər Babayev: Dövlət İnvestisiya Şirkətinin Müşahidə Şurasında dəyişikliklər ediləcək

Siyasət Materials 18 May 2006 18:12 (UTC +04:00)
Heydər Babayev: Dövlət İnvestisiya Şirkətinin Müşahidə Şurasında dəyişikliklər ediləcək

Azərbaycan prezidentinin "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" 30 mart tarixli sərəncamına əsasən yaradılmış "Azərbaycan İnvestisiya şirkəti" ASC-nin Müşahidə Şurasında dəyişikliklərin ediləcəyi gözlənilir. Trend in xəbər verdiyi kimi, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Əsasən, kadr dəyişiklikləri həyata keçiriləcək. İndi Samir Şərifov maliyyə naziri, Şahmar Mövsümov isə Azərbaycan Dövlət Neft Fondunun rəhbəridir. Biz təkliflər hazırlayacağıq və təsliqlənmək üçün ölkə prezidentinə təqdim edəcəyik.

Şuranın birinci iclasında maliyyələşdirmənin əsas istiqamətləri müəyyən olunub və bu da prezidentə təqdim olunacaq.

SC layihələri investisiya şirkətinin sənədlərinin (nizamnamə və s.) Ədliyyə Nazirliyində qeydiyyata alınmasından sonra nəzərdən keçirməyə başlaycaq. Artıq sənədlər nazirliyə təqdim olunub. Bu barədə Trend ə maliyyə naziri Samir Şərifov məlumat verib.

Xəbər lenti

Xəbər lenti