...

Azərbaycan prezidenti Romano Prodini İtaliyanın baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib

Siyasət Materials 18 May 2006 18:38 (UTC +04:00)

Rəsmi Bakı Azərbaycanla İtaliya arasında əlaqələrin dostluq, qarşılıqlı anlaşma və etimad ruhunda inkişafına böyük əhəmiyyət verir. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin İtaliya hökumətinin sədri Romano Prodiyə onun baş nazir vəzifəsinə təyin edilməsi münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.

"Bu mənada həm ikitərəfli, həm də beynəlxalq münasibətlər kontekstində məhsuldar əlaqələrin inkişafından razılığımızı bildiririk. İtaliyanın ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan xalqının ən ağır probleminin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətini, eləcə də, təcavüzə məruz qalmış Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində Romanın mövqeyindən razıyıq", -deyə sənəddə bildirilir.

İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanla reallaşdırılan transmilli laiyhələrdə iştirakından, eləcə də qarşılıqlı əməkdaşlıq əsasında ikitərəfli işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti