...

2 İyun - Azərbaycanın mülki aviasiya əməkdaşlarının günü elan edilib

Siyasət Materials 18 May 2006 19:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend məlumat verib.

Sənəddə bildirilir ki, mülki aviasiya əməkdaşlarının Azərbaycan iqtisadiyyatında mühüm rolunu nəzərə alaraq iyunun 2-si mülki aviasiya işçilərinin peşə bayramı elan edilməsi qərara alınır.

Qeyd edək ki, 2 iyun 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb.

Xəbər lenti

Xəbər lenti