...

Türkiyə Fransa parlamentinin qərarından narazılıq ifadə edib

Siyasət Materials 19 May 2006 11:13 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Fransa parlamentinin ermənilərin soyqırımını tanmamağa görə cinayət məsuliyyətinə cəlb olunmaqla bağlı qanun layihəsinin baxılmasını müvəqqəti təxirə salan qərarından narazılıq ifadə edib.

Trend in Ankaradakı xüsusi müxbirinin Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, ölkə Fransanın bu qanun layihəsindən imtina etməsini və ermənilərin uydurma soyqırımı probleminə obyektiv baxılması üçün Parisin Türkiyə və Ermənistan tarixçiləri arasında görüşün təşkilinə şərait yaratmasını gözləyir.

Xəbər lenti

Xəbər lenti