...

Məşvərət Məclisinin üzvləri mayın 24-də Naxçıvan Muxtar Respublikasına gedəcək

Siyasət Materials 19 May 2006 12:35 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi 28 may - Azərbaycanın müstəqilliyinin 15 illiyi və 15 iyun Qurtuluş günü ilə bağlı Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirəcək. Bu barədə Trend ə Məşvərət Məclisinin (MM) sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə bildirib ki, Məşvərət Məclisinə daxil olan partiya sədrləri mayın 24-də Naxçıvana gedəcəklər: "Qurtuluş günü və müstəqilliyimizin 15 illiyi ilə bağlı Naxçıvanda silsilə tədbirlər planlaşdırmışıq. Naxçıvanın müxtəlif rayonlarında bu tədbirlər elmi-praktik konfranslar çərçivəsində keçiriləcək". M.Əlizadə bildirib ki, ümumilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə dair çap olunan yeni kitablar da Naxçıvan cəmiyyətinə paylanılacaq.

MM sədri onu da vurğulayıb ki, onlar səfər çərçivəsində Muxtar Respublikanın səlahiyyətliləri və siyasi partiyaların Naxçıvanda fəaliyyət göstərən təşkilatlarının rəhbərləri ilə də görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti