...

"Meliorasiya və Su təsərrüfatı" SC dövlət proqramını Azərbaycan hökumətinə təqdim etməyə hazırlaşır

Siyasət Materials 19 May 2006 13:05 (UTC +04:00)
"Meliorasiya və Su təsərrüfatı" SC dövlət proqramını Azərbaycan hökumətinə təqdim etməyə hazırlaşır

"Meliorasiya və Su Təsərrüfatı" SC 2006-cı ilin sonları üçün meliorasiya və irriqasiya üzrə dövlət proqramını Azərbaycan hökumətinə təqdim etməyi planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 19-da keçirilmiş mətbuat konfransında SC-nin rəhbəri Əhməd Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, dövlət proqramı üzərində işlər dövlət başçısının sərəncamına əsasən həyata keçirilir. "Meliorasiya, irriqasiya və su təsərrüfatı problemləri ilə bağlı məsələlər Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında öz əksini tapıb. Ancaq ayrıca xüsusi proqramın hazırlanması məqsədəuyğun hesab edilib", - deyə o bildirib.

Təşkilatın rəhbəri qeyd edib ki, proqram 2015-ci ilədək olan dövrü əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti