...

Çingiz Əsədullayev: Azərbaycan parlamenti iqtisadi qanunvericilik aktlarının təftişini keçirir

Siyasət Materials 19 May 2006 15:30 (UTC +04:00)
Çingiz Əsədullayev: Azərbaycan parlamenti iqtisadi qanunvericilik aktlarının təftişini keçirir

Milli Məclis öz fəaliyyətini yenidən qurur və istehsal gücünü artırmağa imkan verən parlament komissiyalarının işinə böyük yer ayırır. Trend in deputat Çingiz Əsədullayevə istinadən verdiyi məlumata görə, iqtisadi siyasət üzrə parlament komissiyası iqtisadi sahədə qanunvericiliyin təftişinə başlayıb. Qanunvericilik aktlarının yenidən qurulması üçün hüquqşünaslar da dəvət olunub. "Ən başlıcası qüvvədə olan qanunların necə işlədiyinə, onların səmərəliliyi və gəlirliyi əsas məsələdir", - deyə Ç.Əsədullayev bildirib.

Dövlətin orta sinfin yaradılması, özəl sektorun yaradılmasında prioritetlərini nəzərə alaraq MM yeni hüquqi aktlarıvn hazırlanmasında bundan çıxış edəcək. Onun sözlərinə görə, bu gün lizinq dünyanın bütün ölkələrində ən fəal və qabaqcıl fəaliyyət növüdür. Bu sahədə qanunvericiliyi təkmilləşdirmək üçün parlament komissiyası ilə Azərbaycanın lizinq şirkətləri Assosiasiyası arasında işçi qrupu yaradılıb.

Bank qanunvericiliyinin təkmilləşdirilməsi üzrə də işlər aparılır. "Bu gün artıq Əhalinin əmanətlərinin sığortası Fondunun yaradılması məsələsi yetişir. Parlament həmçinin, "İpoteka haqqında" Qanunun fəal işləməsində və ipoteka keridtlərinin əhalinin bütün təbəqələri üçün cəlbedici olmasında maraqlıdır. Sistematik olaraq, iqtisadiyyatın və özəl sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən vergi məsələlərinə də baxılır", - deyə Ç.Əsədullayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti