...

Sabit Bağırov: İranda neft istehsalının azalması aparıcı Qərb ölkələrinin iqtisadiyyatına təsir göstərməyəcək

Siyasət Materials 19 May 2006 15:45 (UTC +04:00)

Bu gün aparıcı Qərb dövlətləri İran neftinin tədarükündə maraqlı deyil. Qərb şirkətlərinin İran neftinin alınmasında iştirak payı çox azdır. Trend in xəbər verdiyi kimi, belə bəyanatla mayın 19-da Bakıda keçirilmiş mətbuat konfransında azərbaycanlı iqtisadçı Sabit Bağırov çıxış edib.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və ya Almaniya ilə münasibətdə İran neftinin tədarük payı demək olar ki, sıfıra bərabərdir.

"İran neftində kim maraqlıdır? Bunlar Çin, Yaponiya və Koreyadır. İranda "qara qızıl"ın istehsal həcminin azaldılması aparıcı Qərb ölkələrinin iqtisadiyyatına demək olar ki, təsir göstərməyəcək", - deyə politoloq qeyd edib.

"Sözsüz ki, dünyanın neft ölkələrində təkliflərin azalması nəzərə çarpacaq. Bilavasitə bu addım neftin qiymətinin artmasına səbəb olacaq",- deyə S.Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti