...

Yunanıstan səfiri Naxçıvan Muxtar Respublikasına səfər edib

Siyasət Materials 19 May 2006 16:51 (UTC +04:00)

Mayın 21-də Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis Naxçıvana səfər edib. Bu barədə Trend ə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatına görə, bu, Yunanıstan diplomatik missiyası rəhbərinin Azərbaycanda səfirliyin açılmasından sonra ilk səfəridir.

İki günlük səfər gedişində səfir Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşməyi planlaşdırır. Eləcə də, səfər proqramına Naxçıvan MR-ün baş naziri, iqtisadi inkişaf naziri, təhsil və mədəniyyət nazirləri ilə görüş də daxildir.

Görüşlər zamanı əməkdaşlığın perspektivləri, iqtisadi və humanitar sahələrdə birbaşa əlaqələrin yaradılması imkanları müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti