...

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Siyasət Materials 19 May 2006 17:54 (UTC +04:00)

Mayın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda komissiyaya daxil olan şikayətlərə baxılıb.

MSK katibi Natiq Məmmədov və komissiya üzvləri daxil olan müraciətlər barədə məlumat veriblər. N.Məmmədov 106 saylı Gədəbəy seçki dairəsindən bir qrup deputatlığa namizədin MSK-ya daxil olmuş şikayətlərinin araşdırılıdğını deyib. Onun sözlərinə görə, araşdırma zamanı müraciətdə adları çəkilən namizədlərdən üçü belə bir şikayət yazmadıqlarını bildiriblər. Komissiya üzvlərinin qənaətinə görə, həmin şikayət anonim xarakterli olduğu üçün həqiqəti əks etdirmir. 9 saylı Binəqədi seçki dairəsindən bir şikayətin və başqa bir namizəd tərəfindən göndərilən teleqramın araşdırılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılıb. 31 saylı Suraxanı ikinci seçki dairəsindən daxil olmuş şikayət isə təmin olunmayıb.

Digər şikayətlərin də araşdırılmasının nəticələri barədə məlumatlar verilib. Onlardan bəziləri təmin edilməyib, bir qismi isə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

Xəbər lenti

Xəbər lenti