...

2006-cı ilin 4 ayı ərzində narkotiklərlə bağlı 907 cinayət faktı qeydə alınıb

Siyasət Materials 20 May 2006 11:30 (UTC +04:00)

2006-cı ilin 4 ayı ərzində Azərbaycan ərazisində narkotiklərlə bağlı 907 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Narkomanlığa və Narkotik Iasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Həmin faktlardan 306-sı satışla bağlıdır.

Qeyd olunan dövrdə ayrı-ayrı şəxslərdən 67 kiloqram 654 qram narkotik vasitə, prekursorlar, o cümlədən 4 kiloqram 683 qram heroin, 5 kiloqram 200 qram tiryək, 24 kiloqram 876 qram həşiş, 32 kiloqram 899 qram marixuana, 253 qram sirkə anhidridi götürülüb.

Hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi, daxilolma mənbələrinin aşkar edilməsi sahəsində fəaliyyəti müsbət nəticə verib.

Xəbər lenti

Xəbər lenti