...

"Dalğa" Gənclər Hərəkatı ali məktəblərdə ən çox rüşvət alan müəllimlərin siyahısını MTN-ə təqdim edəcək

Siyasət Materials 20 May 2006 12:53 (UTC +04:00)

"Dalğa" Gənclər Hərəkatı ali təhsil müəssisələrində ən çox rüşvət alan müəllimlərin siyahısını Milli Təhlükəsizlik Nazirliyinə (MTN) təqdim edəcək. Bu barədə Trend ə Hərəkatın sədri Ramin Hacılı məlumat verib.

O bildirib ki, "Dalğa" Gənclər Hərəkatı bütün dövlət ali təhsil müəssisələrində 5 minə yaxın tələbə arasında sorğu keçirib. Sorğu ilə tələbələrdən rüşvət alan müəllimlərin adları müəyyənləşdirilib. R.Hacılının sözlərinə görə, sorğu əsasında ən çox faizlə səs toplayan 50-yə yaxın rüşvətxor müəllimin siyahısı tutulub. Bu siyahı araşdırılması üçün yaxın günlərdə MTN-ə təqdim olunacaq.

Qeyd edək ki, bu monitorinq yalınz dövlət universitetlərində aparılıb, özəl ali məktəblər isə əhatə olunmayıb.

Xəbər lenti

Xəbər lenti