...

Novruz Məmmədov: Azərbaycan GUAM-ın genişləndirilməsini dəstəkləyir

Siyasət Materials 20 May 2006 14:56 (UTC +04:00)

Azərbaycan GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) genişləndirilməsini və yeni üzvlərin qəbul edilməsini dəstəkləyir. Bu barədə Trend agentliyinin məlumatına əsasən, Azərbaycan Prezidentinin İcra Apparatının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov mayın 20-də xüsusi brifinqdə bildirib. Onun sözlərinə görə, ən əsası GUAM-ın səmərəli qurum olmasıdır. Bu halda təşkilatın genişləndirilməsi məqsədəuyğun olacaq.

N.Məmmədov Azərbaycan prezidentinin mayın 22-23-də Kiyevdə keçiriləcək zirvə görüşündə iştirak etmək niyyətindən də xəbər verib. Görüşdə təşkilata "GUAM - Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat" adlı beynəlxalq statusun verilməsi rəsmi bəyan ediləcək. Zirvə görüşü bu təşkilatın möhkəmləndirilməsi və inkişafında yeni mərhələ olacaq, eləcə də bir çox sənədlərin qəbulu qurumun qanunverici bazasının inkişafına xidmət edəcək.

N.Məmmədov bildirib ki, gündəliyə həmçinin Azərbaycan prezidenti İlham Əlyievin bu təşkilatın rəhbəri vəzifəsinə seçilməsi daxildir. Lakin bu vəzifənin dəqiq necə adlanacağı hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti