...

Novruz Məmmədov: İsraildə Azərbaycanın müxtəlif nümayəndəlikləri açıla bilər

Siyasət Materials 20 May 2006 15:00 (UTC +04:00)

İsraildə Azərbaycanın müxtəlif nümayəndəlikləri açıla bilər. Bu barədə Trend agentliyinin məlumatına əsasən, Azərbaycan Prezidenti İcra Aparatı Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov mayın 20-də xüsusi brifinqdə bildirib.

O, konsuluq, iqtisadi nümayəndəlik və Azərbaycan hava yolları ofisinin açılmasını istisna etməyib. Bununla yanaşı, N.Məmmədov qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılışı da gündülikdədir.

N.Məmmədov xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadənin tezliklə İsrailə səfir təyin ediləcyi və orada səfirliyin açılacağı barədə məlumatları əsassız adlandırıb.

Xəbər lenti

Xəbər lenti