...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Siyasət Materials 22 May 2006 11:57 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 22-dən 26-dək NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Almaniyanın Oberammerqau şəhərində "Terrorizmdən müdafiə" və "Böhranların idarə olunması" kursları, Moldovanın Kişinyov şəhərində "Kooperativ Longbow Lancer Marlin-2006" təliminin yekun planlaşdırma konfransı keçirilir.

Macarıstanın Budapeşt şəhərində öz işinə başlayan "İngilis dili müəllimləri üçün hərbi terminologiya" təlim seminarına isə iyunun 2-də yekun vurulacaq.

Mayın 23-dən 24-dək Ukraynanın Sevastopol şəhərində "Kooperativ Marlin - 2006" təliminin planlaşdırma konfransı keçiriləcək.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Ankara şəhərində öz işinə başlamış "Müəllim təkmilləşdirmə" kursu iyunun 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti