...

Vurğun Əyyub: "Müsavat Partiyası başqanlığına yalnız partiyanın indiki sədri İsa Qəmbər namizədliyini irəli sürüb"

Siyasət Materials 22 May 2006 13:11 (UTC +04:00)

Müsavat Partiyası başqanlığına yalnız partiyanın indiki sədri İsa Qəmbər namizədliyini irəli sürüb. Bu barədə Trend ə Müsavat Partiyasının növbəti qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, partiya sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

V.Əyyub onu da qeyd edib ki, növbəti qurultayda partiyanın seçkili orqanlarına namizədlərin irəli sürülməsi prosesi mayın 22-də saat 15.00-da başa çatacaq: "Təşkilat Komitəsinə daxil olan son məlumata görə partiya başqanlığına yalnız İsa Qəmbər namizədliyini irəli sürüb. Məclis üzvlüyünə 200, Mərkəzi Nəzarət Təftiş Komissiyasında təmsil olunmaq üçün isə 20 namizədlik irəli sürülüb".

Təşkilat Komitəsinin sədri onu da bildirib ki, qurultayda birinci müavinlik postunun ləğv olunsun və partiyanın Məclisi formalaşdırılsın: "Birinci müavinin səlahiyyətlərinin bir qismi Məclisin sədrinə verilsin. Mən bu təklifi dəstəkləyirəm". V.Əyyub onu da qeyd edib ki, qurultayı keçirmək üçün artıq Xətai adına Mədəniyyət Evinin rəhbərliyi ilə müqavilə imzalanıb. Onu da bildirək ki, Müsavat Partiyasının qurultayı mayın 29-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti