...

İsrailin Azərbaycandakı səfiri İsmayıllıya səfər edəcək

Siyasət Materials 22 May 2006 16:18 (UTC +04:00)

Mayın 23-də İsrailin Azərbaycandakı səfiri Artur Lenk İsmayıllı rayonuna səfər edəcək. Bu barədə Trend ə səfirliyin mətbuat konfransından məlumat verilib.

Diplomat rayonun İcra hakimiyyətinin başçısı Rövşən Sadıqovla müzakirələr aparmaq və İcra hakimiyyətinin binasında kənd təsərrüfatı və turizm sahəsində sahibkarlarla görüşmək niyyətindədir. O, günün ikinci yarısında turizm mərkəzlərinə, fermer təsərrüfatlarına, eləcə də ölkədə yeganə fəaliyyət göstərən İvanovka kolxozuna baş çəkmək niyyətindədir.

Görüşlər zamanı iki ölkənin sahibkarları arasında əməkdaşlığın qaydaya sayılması yollarını müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti