...

Azərbaycana kriminalistika avadanlığı ilə təchiz olunmuş 5 ədəd avtomobil gətiriləcək

Siyasət Materials 22 May 2006 16:42 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycana kriminalistika avadanlığı ilə təchiz olunmuş 5 ədəd avtomobil gətiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası hərbi prokurorunun köməkçisi Əfrahim Tağıyev məlumat verib.

Ə.Tağıyevin sözlərinə görə, hazırda hərbi prokurorluqların inzibati binalarında iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülür.

"Füzuli, Tərtər, Gəncə və Qazax rayon Hərbi Prokurorluqlarında yenidənqurma işləri başa çatdırılıb.

Təmir olunmuş binalar mebel və digər zəruri avadanlıqlarla təchiz olunub. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu üçün isə yeni inzibati bina ayrılıb və təmir işlərinə başlanılıb. Yaxın vaxtlarda həmin bina da istifadəyə veriləcək" - deyə Ə.Tağıyev bildirib.

Prokuror köməkçisinin sözlərinə görə, Hərbi Prokurorluq maddi-texniki vəsaitlə, nəqliyyat və rabitə vasitələriylə, o cümlədən başqa növ təminatlarla təchiz olunub. İşçilərin normal iş fəaliyyətini təmin etmək üçün müvafiq işlər davam etdirilir.

"Hərbi Prokurorluqda kompüter dəstləri və lazımi texniki avadanlıqlarla təmin edilmiş kriminalistika laboratoriyaları da yaradılıb" - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti