...

Eldar Namazov: "Təkrar seçkilər başa çatdığı üçün bu günlərdə "Yeni Siyasət" seçki bloku rəsmən buraxılacaq"

Siyasət Materials 22 May 2006 16:46 (UTC +04:00)

"Təkrar parlament seçkiləri də başa çatdığı üçün bu günlərdə "Yeni Siyasət" seçki bloku artıq rəsmən buraxılacaq". Bu fikirləri Trend ə "Yeni Siyasət" Seçki Blokunun həmtəsisçisi Eldar Namazov bildirib.

O, qeyd edib ki, ötən il parlament seçkiləri ilə əlaqədar yaradılmış "Yeni Siyasət" seçki bloku bu il mayın 13-də keçirilmiş təkrar seçkilərə görə fəaliyyətini dayandırılmadı: "Çünki blokun bəzi üzvləri təkrar parlament seçkilərində iştirak etməyə qərar verdilər. Biz də qərara aldıq ki, təkrar seçkilər başa çatsın, ondan sonra seçki blokunun fəaliyyəti dayandırılacaq. Yaxın günlərdə bu barədə qərar qəbul olunacaq və ictimaiyyətə açıqlanacaq. Bundan sonra "Yeni Siyasət" adlı blokun siyasi bloka çevrilməsi məsələsi müzakirəyə çıxarılacaq".

Eldar Namazovun sözlərinə görə, bu həftə blokun Koordinasiya Şurasının iclası keçiriləcək və orada həm seçki blokunun buraxılması, həm də onun bazasında siyasi blokun yaradılması barədə qərarlar çıxarılacaq. E.Namazov bildirib ki, bundan sonra blokun tərkibində dəyişikliklər də ola bilər. Siyasi blokun yaradılması barədə isə işçi qrupu təkliflər hazırlayıb.

Xəbər lenti

Xəbər lenti