...

UNIFEM-in icraçı katibi Azərbaycana gələcək

Siyasət Materials 22 May 2006 17:09 (UTC +04:00)
UNIFEM-in icraçı katibi Azərbaycana gələcək

Mayın 23-də Azərbaycan hökumətinin dəvəti ilə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun (UNIFEM) icraçı direktoru Noylin Hayzer Azərbaycana səfər edəcək. Bu barədə Trend məlumat yayıb.

Səfərdə məqsəd ölkədə gender bərabərliyinin genişləndirilməsi sahəsində əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə etməkdir. O, Azərbaycan prezidenti İlham Əliyevlə, hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, BMT agentlikləri və beynəlxalq tərəfdaşlarla görüşəcək.

UNIFEM-in icraçı direktoru həmçinin, UNIFEM-in 2005-ci il üzrə "Dünya Qadınlarının tərəqqisi 2005% Qadınlar, Məşğulluq və Yoxsulluq" adlı qlobal hesabatının nəticələrinin Bakıda keçiriləcək açıq müzakirəsində də iştirak edəcək. Səfər mayın 27-nə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti