...

İlham Əliyev: GUAM sammitində energetika əməkdaşlığı mövzusu üstünlük təşkil edəcək

Siyasət Materials 22 May 2006 17:42 (UTC +04:00)
İlham Əliyev: GUAM sammitində energetika əməkdaşlığı mövzusu üstünlük təşkil edəcək

GUAM-ın Kiyev sammitində energetika əməkdaşlığı mövzusu üstünlük təşkil edəcək. Bu barədə jurnalistlərə Kiyevə gəlişi zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, "hələlik söhbət hər hansı konkret yeni enerji layihəsindən getmir ". Bu məsələlər müzakirə mərhələsindədir və "sammitdə üstünlük təşkil edəcək", - deyə o qeyd edib.

Trend in RİA Novosti-yə istinadən xəbər verdiyi kimi, Azərbaycan prezidenti ümidvardır ki, sammit təşkilatı idarəetmə mexanizminin təkmilləşdirilməsinə şərait yaradacaq.

"GUAM təşkilatı yeni formalar əldə edir, inkişafdadır və Kiyev sammiti təşkilatı idarəetmə mexanizminin gələcəkdə təkmilləşdirilməsi planında mühüm əhəmiyyət kəsb edir", - deyə İ.Əliyev bildirib.

"Ümidvaram ki, sammit əlaqələrmizin inkişafına daha güclü təkan verəcək, bu əlaqələr çoxşaxəlidir və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyalarının bütün sahələrini əhatə edir", - deyə Azərbaycan prezidenti sonda qeyd edib.

GUAM sammiti mayın 22-23-də Kiyevdə təşkilata üzv ölkələrin prezidentləri, baş nazir və xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək. Gözlənildiyi kimi, çərşənbə axşamı dövlət başçılarının görüşləri zamanı GUAM regional birliyi beynəlxalq təşkilatla əvəz olunacaq.

Xəbər lenti

Xəbər lenti