...

Mədəniyyət naziri: Azərbaycanda "Kod Da Vinçi" - filminin nümayişi dayandırılıb

Siyasət Materials 22 May 2006 17:54 (UTC +04:00)
Mədəniyyət naziri: Azərbaycanda "Kod Da Vinçi" - filminin nümayişi dayandırılıb

"Azərbaycan" kinoteatrının rəhbərliyi Azərbaycanın Mədəniyyət və Turizm Nrazirliyinin "Kod Da Vinçi" - filminin nümayişinin dayandırılması ilə bağlı tövsiyələrilə razılaşıb. Trend in verdiyi məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Nazir bəyan edib ki, Azərbaycan dünyəvi dövlətdir və burada din dövlətdən ayrılıb. Onun sözlərinə görə, bütün dünyada səs-küy yaratmış "Kod Da Vinçi" filmi Azərbaycanda ümumdünya film nümayişi çərçivəsində özəl şirkət tərəfindən nümayiş etdirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və digər bir sıra dini icmaların xadimlərinin müraciətindən sonra nazirlik kinoteatrın rəhbərliyinə filmin nümayişini dayandırmağı tövsiyə edib.

Nazir həmçinin, təəssüflə qeyd edib ki, bu gün Mədəniyyət və Turizm Nazirliyi bu cür faktların nizamlanması mexanizminə malik deyil. Nazirlikdə ölkənin kinoteatrlarında gələcəkdə nümayiş olunacaq filmlərin xüsusi siyahısı hazırlanır.

Xatırladaq ki, Ron Hovardın Den Braunun kitabı əsasında çəkdiyi film Vatikan tərəfindən kəskin tənqidə məruz qalıb. Buna səbəb filmdə xristian məzhəbinin məqsədinin şübhə altına alınmasıdır.

Xəbər lenti

Xəbər lenti