...

Bu il Gəncədə tibbi çağırışların sayı artıb

Siyasət Materials 22 May 2006 18:43 (UTC +04:00)

Gəncə şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Namiq Nəbiyevin verdiyi məlumata görə, bu ilin ilk 3 ayı ərzində stansiyaya 20 978 çağırış daxil olub. Bu göstərici ötən ilin eyni dövründə 19 217 olub. Namiq Nəbiyev bildirir ki, qış aylarında çağırışlar əsasən yuxarı və aşağı tənəffüs yollarının iltihabı xəstəlikləri ilə bağlı olub. Gəncədə həmçinin son illər ürək damar xəstəliklərindənəziyyət çəkənlərin də sayı artıb.

Xəbər lenti

Xəbər lenti