...

İranın Azərbaycandakı səfirliyi İslam Şurası Məclisində dini azlıqlarla bağlı qanunun qəbul olunması barədə xəbəri təkzib edib

Siyasət Materials 22 May 2006 19:50 (UTC +04:00)

İran İslam Respublikasının İslam Şurası Məclisində dini azlıqların müsəlmanlardan seçilməsi üçün öz geyimlərində xüsusi nişanlar gəzdirməyə məcbur edən bir qanunun qəbul edildiyi barədə yayılmış məlumatlar bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyi tərəfindən təkzib olunub. İranın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, Amerikanın bəzi qəzetləri tərəfindən yayılan belə informasiyalar yalan və iftiradır.

"Son zamanlar Amerikada çap edilən qəzetlərin birində böyük bir yalan yayılıb. Bir neçə ölkənin, o cümlədən Amerikanın rəsmiləri öz sionist dostları tərəfindən uydurulmuş bu yalan barədə sürətlə öz mövqelərini bildirdilər və həqiqəti axtarmaq üçün özlərini az da olsa zəhmətə salmadılar və nəticədə özlərini rüsvay etdilər. Onlar guya İran İslam Respublikasının İslam Şurası Məclisində dini azlıqları müsəlmanlardan seçilmək üçün öz geyimlərində xüsusi nişanlar gəzdirməyə məcbur edən bir qanunun qəbul edildiyi barədə böyük bir yalan uydurmaq və yaymaqla, habelə bunu faşistlərin hərəkətlərinə bənzətməklə İran İslam Respublikasının imicinə xələl gətirmək istədilər. Halbuki, bu kimi iftiraların yayılmasının özü bu yalanları uyduranların özlərinin faşizm sifətinə layiq olmalarının əyani sübutudur"-deyə İran səfirliyinin bəyanatında bildirilir.

Səfirliyin bəyanatında qeyd olunur ki, sionistlərin nüfuz dairəsində olan dövlətlər və KİI-lər media etikalarını pozmaqla nasist alman faşistlərindən yüz dəfələrlə çox faşistlik edirlər. Səfirliyin mövqeyinə görə, bu yalan informasiyaların Azərbaycanın bəzi KİI-lərində də dərc edilməsi, həqiqəti bilməməzlikdən irəli gəlir.

Xəbər lenti

Xəbər lenti