...

Covanni Layolo: Azərbaycan hamı üçün nümunədir

Siyasət Materials 22 May 2006 20:30 (UTC +04:00)
Covanni Layolo: Azərbaycan hamı üçün nümunədir

Azərbaycanda bütün din nümayəndələrinin birgə yaşayışı üçün lazımi şərait yaradılıb. Bunun əsası keçmiş prezident Heydər Əliyev və mərhum II İohann Pavel tərəfindən qoyulub. Bu barədə Trend agentliyinin məlumatına əsasən, mayın 22-də Bakıda Covanni Layolonu qəbul edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bəyan edib.

A.Paşazadənin dediklərinə görə, bu dözümlük siyasəti sarsılmazdır və hazırkı prezident İlham Əlyiev tərəfindən həyata keçirilir. O qeyd edib ki, Azərbaycan postsovet məkanının ən inkişaf edən ölkələrindən biridir və buradakı vətəndaşların həyat səviyyəsi durmadan inkişaf edir. A.Paşazade vurğulayıb ki, o bu kursun gələcəkdə də davam etdiriləcəyinə əmindir.

Öz növbəsində, C.Layolo deyib ki, din nümayəndələrinin həmrəyliyi Azərbaycan siyasətçilərinin müdrikliyinin nəticəsidir. "Azərbaycanın fərqli cəhəti əhalisinin əksəriyyəti müsəlman olduğu halda, ölkədə çoxsaylı xristian, yəhudi və katolik icmasının yaşamasıdır. Azərbaycan hamı üçün nümunədəir" - deyə C.Layolo qeyd edib.

A.Paşazade pontifik XII Benediktın yaxınlarda Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti