...

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri "Da Vinçinin kodu" filminin nümayişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir

Siyasət Materials 22 May 2006 20:47 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri "Da Vinçinin kodu" filminin nümayişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Azərbaycanda "Da Vinçinin kodu" filminin nümayişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir. Bu barədə Trend agentliyinin məlumatına əsasən, o özü jurnalistlərə bildirib.

A.Paşazadənin özü bu filmə baxmayıb, lakin möminlərin narazılığına biganə qala bilmir. Onlar filmin nümayişinin qadağın olunmasına çağırır. A.Paşazadə məsələnin dövlət qurumları qarşısında qaldırmaq niyyətində olduğu deyib.

Bir sıra ölkələrdə rejissor Rona Hovardın bu filminə qadağa qoyulub. Buna səbəb həmin filmdə "Əhdi Cədid"in apokrifik versiyasına uyğun olaraq Mariya Maqdalinanın İsa Məsihdən uşaqları olub. Filmin ssenarisi Vatikanın bu faktı gizlətdiyini iddia edən Den Braunun əsəri əsasında yazılıb. Müxtəlif ölkələrin dini qurumları hesab edir ki, film və əsər dindarları təhqiq edir, çünki Quran və Bibliyadakı faktları təhrif edir.

Xəbər lenti

Xəbər lenti