...

Azərbaycan və Gürcüstan prezidentləri Kiyevdə görüşüblər

Siyasət Materials 22 May 2006 20:52 (UTC +04:00)

Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili mayın 22-də Kiyevdə görüşüblər. Trend agentliyinin məlumatına əsasən, görüş "Natsionalnaya" otelində keçirilib.

Görüşdə ikitərəfli əlaqələrin və GUAM da daxil olmaqla, beynəlxalq təşkiltlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

Mayın 22-də Ukrayna prezidenti Viktor Yuşenkonun adından GUAM-ın zirvə görüşünə gəlmiş dövlət rəhbərlərinin şərəfinə dostluq şam yeməyi verilib. İ.Əliyev şam yeməyində iştirak edib.

Xəbər lenti

Xəbər lenti