...

Kəmaləddin Heydərov: FHN-in tədbirlər planından biri də çimərliklərdə əhalinin təhlükəsizliyini təmin etməkdir

Siyasət Materials 23 May 2006 12:35 (UTC +04:00)
Kəmaləddin Heydərov: FHN-in tədbirlər planından biri də çimərliklərdə əhalinin təhlükəsizliyini təmin etməkdir

Fövqaladə hallar Nazirliyinin (FHN) hazırladığı tədbirlər planından biri də yay mövsümündə çimərliklərdə istirahət edən əhalinin təhlükəsizliyini yüksək səviyyədə təmin etməkdir. Trend in xəbərinə görə, bu sözləri mayın 23-də Nardaran çimərliyində yeni xilasetmə məntəqəsinin açılışında iştirak etmiş fövqaladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, hər il yay mövsümündə çimərliklərdə çoxsaylı vətəndaşlar faciəli şəkilldə dünyasını dəyişir. FHN yaranandan və sularda xilasetmə xidməti bü nazirliyin tabeliyinə keçəndən bu sahə ilə bağlı mövcud problemlər araşdırılır. Yeni xilasetmə məntəqələrinin açılması və yüksək səviyyədə xidmət göstərməsi qərara alınıb. Bu məqsədlə paytaxtdakı çimərliklərdə 40 yeni xilasetmə məntəqəsinin açılması planlaşdırılıb.

"Yüksək xidmət əsasən məntəqələrin müasir texniki avadanlıqlarla təchiz olunmasından irəli gəlir. Biz artıq belə avadanlıqların ölkəyə gətirilməsinə başlamışıq. Hazırda Nardaranda inşa edilmiş ikimərtəbəli beynəlxalq standartlara uyğun şəkildə xilasedici mənqtəqəsi də son dəbli avadanlıqla iəchiz olunub" - deyə nazir vurğuulayıb.

Daha sonra məntəqənin rəsmi açılışı olub. Nazir və digr qonaqlar məntəqə binası ilə tanış olublar. 2 mərtəbəli bina həkim otağı, istirahət otağı, vanna otağı və d. otaqlardan ibarətdir.

Daha sonra isə təhlükəsizlik üçün nəzərdə tutulmuş yeni qayıqlar suya buraxılıb və onların funksiyaları ilə bağlı nazirə, o cümlədən digər qonaqlara geniş məlumat verilib. Tədbirdə vergilər naziri Fazil Məmmədov, əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev iştirak edib.

Xəbər lenti

Xəbər lenti