...

Azərbaycanda 2006-cı il 13 may təkrar seçkiləri noyabr seçkiləri ilə müqayisədə irəliyə doğru addımdır

Siyasət Materials 23 May 2006 15:25 (UTC +04:00)

Beynəlxalq müşahidəçilər Azərbaycanda 2006-cı il 13 may təkrar parlament seçkilərinin 2005-ci il noyabr seçkiləri ilə müqayisədə irəliləyiş olduğu qənaətinə gəliblər. Trend in verdiyi məlumata görə, bu barədə Beynəlxalq Seçki Sistemi Fondunun (IFES) Bakı ofisinin rəhbəri Deniel Blessinqton (Daniel Blessington) bildirib.

Onun sözlərinə görə, Milli Məclisə (parlamentə) təkrar seçkilər hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmadan keçirilib. Səsvermədə seçicilərin təxminən 36 % -i iştirak edib. İqtidardakı Yeni Azərbaycan Partiyasının nümayəndələri isə 10 mandatdan 5-ni əldə ediblər.

"Hazırki anda şikayət və müraciətlərə baxılır. Bundan sonra Konstitutsiya Məhkəməsinin yekun qərarı olacaq",-deyə o bildirib.

Bununla yanaşı, D. Blessinqton qeyd edib ki, bütün beynəlxalq müşahidəçilər noyabr seçkiləri ilə müqayisədə irəliləyişlərin olduğu qənaətinə gəliblər. Misal üçün, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 20 müşahidəçisi əsasən səsvermənin gedişindən razı qalıblar və bu zaman müşahidəçilərin sayının kifayət qədər olmaması ilə bağlı seçki bülletenlərinin hesablanmasına və nətğicələrin tabelləşdirilməsini qiymətləndirməyiblər.

ATƏT-in DTİHB da bir sıra irəliləyişlərin olduğunu və islahatların davam etdirilməsinin zəruriliyini qeyd edib. IFES ofisinin rəhbərinin sözlərinə görə, "mən demokratiyanın təkamül prosesi olduğuna və zaman keçdikcə siyasi institutların formalaşacağına inandığımı əlavə etmək istərdim. "Düşünürəm ki, yaxın bir neçə il ərzində parlamentdə baş verəcək proseslər böyük maraq doğuracaq. Xüsusilə, onun işinə may seçkilərində qalib gələn yeni şəxslərin daxil olmasından sonra".

D. Blessinqton bildirib ki, IFES nümayəndələrinin təkrar seçkilərin keçirildiyi Azərbaycanın 10 dairəsində maarifləndirmə işləri həyata keçiriblər.

"Biz həmçinin, hələ ötən il noyabr seçkilərində hazırlanmış və 13 may seçkiləri ilə əlaqədar əlavə olaraq işlənmiş 3 ictimai elan dərc etmişik". IFES həmçinin, Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsi üzrə tədbirlərin təşkili məqsədilə Avropa Şurası (AŞ) və AŞ-nın Venesiya Komissiyası ilə əməkdaşlıq edib.

"Onlardan ikisi bilavasitə respublikanın rəhbər şəxsləri üçün hazırlanıb. İştirakçılar arasında Azərbaycan prezidentinin İcra aparatının, DİN-in, eləcə də MSK-nın nümayəndələri də var idi.

Biz 10 seçki dairəsində seçki komissiyalarının üzvləri və digər rəsmi şəxslər üçün üçün fəal treninqlər keçirmişik", -deyə D. Blessinqton bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hadisələri öz məcrasına yönəltməyə çalışan şəxslər var və onların "özlərinin IFES-lə əməkdaşlığı demokratik irəliləyişlərə sübutdur".

Xəbər lenti

Xəbər lenti