...

Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının qurultayında sədr vəzifəsinə namizədliyini irəli sürəcək

Siyasət Materials 23 May 2006 15:31 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının sədrliyinə yanlız Əli Əliyev iddialıdır. Bu barədə Trend ə Əli Əliyev açıqlama verib. O, bildirib ki,Vətəndaş və İnkişaf Partiyasının mayın 28-də keçiriləcək təsis qurultayında sədr vəzifəsinə namizədliyini irəli sürəcək. Əli Əliyevin sözlərinə görə, hələlik sədrliyə alternativ namizədlər yoxdur.

Azərbaycan Demokrat Partiyasının (ADP) akt zalında keçiriləcək təsis qurultayında 250-dən çox adamın iştirakı nəzərdə tutulub. Həmçinin qurultaya Əli Əliyevin "Azadlıq" blokundakı müttəfiqləri qonaq qismində qatılacaqlar. Əli Əliyev bildirib ki, qurultayın gündəliyi dörd bənddən ibarətdir. Birinci partiyanın təsis olunması müzakirəyə çıxarılacaq və barədə qərar qəbul ediləcək. Sonra partiyanın Nizamnaməsi və Məramnaməsi qəbul olunacaq. Bundan sonra partiyanın sədrliyinə, Məclisinə və Mərkəzi Nəzarət Komissiyasına seçkilər keçiriləcək. Sonda cari məsələlər müzakirə olunacaq. Burada Azərbaycanda baş verən ictimai-siyasi proseslərə münasibət bildiriləcək, partiyanın siyasi kursu barədə danışılacaq.

Qurultayın ADP-nin qərargahında keçirilməsinin səbəbinə gəldikdə, Əli Əliyev bildirib ki, danışıqlar apardıqları bütün özəl obyektlərdə icarə qiymətləri qaldırılıb.

Xəbər lenti

Xəbər lenti