...

Müsavat deputat qrupunun üzvləri Milli Məclisdə brifinq keçirib

Siyasət Materials 23 May 2006 16:11 (UTC +04:00)

Milli Məclisin mayın 23-də keçirilən növbəti toplantısından sonra Müsavat deputat qrupunun üzvləri jurnalistlər üçün brifinq keçirib. Trend xəbər verir ki, birifinqdə soydaşlarımızla bağlı İranda baş verən məlum hadisələr və digər məsələlərə toxunulub.

Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli İranda baş verən məlum qarşıdurma nəticəsində zərər çəkən soydaşlarımızla bağlı məsələyə toxunub. Bildirib ki, təmsil etdiyi qrup İran dövlətinin bu siyasətini pisləyir. Müsavat deputat qrupunun digər üzvü Pənah Hüseyn isə mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələrini şübhə altına aldığını bildirib.

Daha sonra millət vəkilləri Azərbaycanın ictimai-siyasi vəziyyəti ilə bağlı fikirlərini bildiriblər və jurnalistləri maraqlandıran suallara cavab veriblər.

Xəbər lenti

Xəbər lenti