...

Azərbaycan hökuməti, IFES və AŞ-nin Venesiya Komissiyası Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsini müzakirə edəcək

Siyasət Materials 23 May 2006 16:42 (UTC +04:00)

2006-cı ilin payızında Beynəlxalq Seçki Sistemləri Fondu (IFES) Avropa Şurasının Venesiya Komissiyası və Azərbaycan hökuməti nümayəndələri ilə birlikdə ölkənin Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi məsələsini müzakirə edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə İFES-in Bakı ofisinin rəhbəri Daniel Blessinqton (Daniel Blessington) bəyan edib.

Onun sözlərinə görə, qarşıdakı müzakirələrdə diqqət 2008-ci il prezident seçkiləri ərəfəsində seçki prosesinin təkmilləşdirilməsinə imkan verəcək addımlara yönəldiləcək.

Daniel Blessinqton xatırladıb ki, Azərbaycan hökuməti artıq Seçki Məcəlləsinə yenidən baxılması ilə bağlı texniki dəstəyin göstərilməsi üçün Venesiya Komissiyasına yazılı sorğu göndərib.

Xəbər lenti

Xəbər lenti