...

GUAM-ın zirvə görüşü bir sıra sənədlərin imzalanması ilə başa çatıb

Siyasət Materials 23 May 2006 18:37 (UTC +04:00)

GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Kiyevdə keçirilən zirvə görüşü təşkilatın regional qurumdan beynəlxalq quruma (GUAM- demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat) çevrilməsi və bir sıra sənədlərin imzalanması ilə başa çatıb. Bu barədə Trend ə Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Sabuhi Temirov bildirib.

Onun sözlərinə görə, dövlət başçıları 4 əsas sənəd imzalayıb. Bura təşkilatın nizamnaməsi, münaqişələrin nizamlanması haqqında bəyannamə, təşkilatın yaradılması haqqında Kiyev bəyannaməsi və azad ticarət zonasının müəyyənləşdirilməsi qaydaları haqqında protokol daxildir. Görüşün yekunları üzrə prezidentlər kommunike qəbul edib və mətbuat konfransı keçiriblər. Bununla tədbirin rəsmi hissəsi başa çatıb. Axşam isə Ukrayna prezidenti Viktor Yuşenkonun adından dövlət başçılarının şərifinə şam yeməyi veriləcək. Şam yeməyi çərçivəsində dövlət başçıları ikitərəfli və regional xarakterli məsələlər haqqında fikir mübadiləsi aparıb.

Azərbaycan və Ukrayna prezidentləri İ.Əliyev və V.Yuşenkonun görüşü bu günə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti