...

Tbilisidə Azərbaycan məktəbinin önündə M.F.Axundovun heykəli qoyulub

Siyasət Materials 23 May 2006 19:29 (UTC +04:00)

Gürcüstan paytaxtındakı görkəmli Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun adını daşıyan orta məktəbin binası qarşısında onun heykəli qoyulub. Trend in məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Gürcüstan prezidentinin xüsusi göstərişindən sonra M.F.Axundovun heykəli tapılıb və məktəbin önündə yerləşdirilib.

Qeyd edək ki, Mirzə Fətəli Axundovun Gürcüstanın əməkdar rəssamı Q.Kacaya və əməkdar memar D.Morbedadze tərəfindən hazırlanmış büstü ötən əsrin 80-ci illərində Tbilisinin Leselidze küçəsində qoyulmuş, lakin 10 ildən sonra naməlum səbəbdən oradan götürülmüşdü. Azərbaycanın Gürcüstandakı səfirliyi, Tbilisidəki M.F.Axundov adına 73 saylı Azərbaycan orta məktəbinin rəhbərliyi, ölkənin azərbaycanlı icmasının nümayəndələri büstün tapılıb Tbilisidə M.F.Axundovun adını daşıyan məktəbin önündə qoyulması xahişi ilə 15 il ərzində müvafiq təşkilatlara dəfələrlə müraciət etsələr də, bir nəticə əldə olunmamışdı.

Azərbaycanın Gürcüstana yeni təyin olunmuş səfiri Namiq Əliyev bu günlərdə prezident Mixail Saakaşviliyə etimadnaməsini təqdim edərkən bir sıra məsələlərlə yanaşı, bu problemin də həllinin vacibliyini onun diqqətinə çatdırmışdı. M.Saakaşvili əlaqədar strukturlara büstün tapılıb məktəbin önünə qoyulması barədə tapşırıq vermişdi.

Xəbər lenti

Xəbər lenti