...

Ötən ay Gəncədə elektrik enerjisi haqqının yığımı 40 faiz olub

Siyasət Materials 23 May 2006 19:45 (UTC +04:00)

Gəncə Şəhər Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, ötən ay şəhərdə elektrik enerji pulluarının yığımı əhali arasında 40 faiz təşkil edib. Müəssisələr isə elektrik enerjisi dəyərini 100 faiz yerinə yetiriblər.

İdarədən bildirblər ki, may ayının 20-ə kimi əhalinin idarəyə təxminən 1 milyard 800 milyon manat borcu var. Borcu olan abonentlərə bildirişlər paylanılıb. Mayın sonuna kimi borclarını ödəməyən vətəndaşların elektrik enerjiləri kəsiləcək.

Xəbər lenti

Xəbər lenti