...

Azərbaycan prezidenti "GUAM-demokratiya və inkişaf uğruda təşkilat"ın baş katibi seçilib

Siyasət Materials 23 May 2006 20:41 (UTC +04:00)
Azərbaycan prezidenti "GUAM-demokratiya və inkişaf uğruda təşkilat"ın baş katibi seçilib

Azərbaycan prezidenti İlham Əlyiev "GUAM-demokratiya və inkişaf uğruda təşkilat"ı prezidentlərinin Kiyevdə keçirilən görüşündə həmin təşkilatın baş katibi seçilib. Trend agentliyinin məlumatına əsasən, bu təşkilata rəhbərlik rotasiya prinsipi əsasında gerçəkləşdiriləcək.

Bu gün GUAM (Gürücstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri arasında azad ticarət zonasının yaradılması haqqında protokol imzalanıb. Həmçinin GUAM-ın "GUAM-demokratiya və inkişaf uğruda təşkilat"a çevrilməsi barəsində qərar qəbul olunub. Təşkimlatın qərargahı Kiyevdə yerləşəcək. Tərəflər, həmçinin, təşkilatın nizamnaməsini, münaqişələrin nizamlanması bəyannaməsi və təşkilatın yaradılması haqqında Kiyev bəyannaməsi imzalayıb.

Bəyannamədə təşkilatın yaradılmasının məqsədi, üzv ölkələrin demokratiya, sabitlik və təhlükəsizliyin təminatında əməkdaşlığa hazır olduğu göstərilir, eləcə də GUAM ölkələrinin Avropa Birliyi və NATO ilə münasibətlərin möhkəmləndirilməsi kursu təsdiqlənir. Bəyannamədə qeyd olunub ki, yeni təşkilat eyni məqsəd və prinsipləri qəbul edən digər ölkələr üçün də açıqdır.

Xəbər lenti

Xəbər lenti