...

Beynəlxalq Respublikaçılar İnstitutu MSK ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib

Siyasət Materials 24 May 2006 13:51 (UTC +04:00)

"Təkrar parlament seçkisində keçirilmiş "exit-poll" cəmiyyət üçün, Azərbaycanda demokratiyanı daha da artırmaq və seçki prosesini təkmilləşdirmək üçün dəyərli alət olmuşdur". Trend in məlumatına görə, bu fikirlər ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru Dallas Froribin Mərkəzi Seçki Komissiyasına ünvanladığı məktubundandır.

Qeyd edək ki, Beynəlxalq Respublikaçılar İnstitutu Azərbaycanda 13 may təkrar parlament seçkilərində "exit-poll" (məntəqədən çıxışda sorğu) keçirib. İnstitutun rəhbəri D.Frorib MSK sədri Məzahir Pənahova göndərdiyi məktubunda ona və MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımova "exit-poll"un təşkilində göstərdiyi köməkliyə görə təşəkkürünü bildirib. D.Froribin sözlərinə görə, Rövzət Qasımov bu layihənin peşəkarlıq, neytrallıq və şəfaflıq prinsiplərinə uyğun həyata keçirilməsində dəstək olub və ortaya çıxan problemlərin operativ həllində yardım göstərib.

D.Frorib bildirib ki, Beynəlxalq Respublikaçılar İnstitutu MSK ilə bundan sonra da birgə işləməyə və "exit-poll" məlumatlarının araşdırılmasında köməklik göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti