...

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri Avstriyadakı Azərbaycan səfirliyində görüş keçirib

Siyasət Materials 24 May 2006 13:58 (UTC +04:00)

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının (DAƏŞ) sədri Böyük Britaniyanın Edinburq universitetinin professoru Qulamrza Səbri Təbrizi Avstriyanın paytaxtı Vyanada Azərbaycan səfirliyində görüş keçirib. Bu barədə Trend ə DAƏŞ-in icraçı katibi Eliza İsmayılova bildirib.

E.İsmayılova qeyd edib ki, professor Q.Təbrizi belə göbrüşləri dünyanın bir sıra dövlətlərində keçirir. Məqsəd dünya azərbaycanlılarının birgə fəaliyyətini əlaqələndirmək və Azərbaycan həqiqətlərini onların vasitəsilə dünyaya yaymaqdır. Əlaqələndirmə Şurasının rəsmisi onu da qeyd edib ki, Azərbaycanın Vyanadakı səfirliyində keçirilən görüşdə Avstriyada təhsil alan azərbaycanlı tələbələr və diaspor nümayəndələri iştirak edib.

E.İsmayılova onu da vurğulayıb ki, görüş iştirakçılarına Azərbaycandan aparılan "Azərbaycan ədəbiyyatı antologiyası" kitabları və məktəblilər üçün dərsliklər paylanılıb. E.İsmayılova onu da qeyd edib ki, Əlaqələndirmə Şurasının sədri Q.Təbrizi iyunun birinci həftələyində Azərbaycana gələcək. E.İsmayılova bu il DAƏŞ tərəfindən 28 may - Azərbaycanın müstəqillyinin 15 illiyi ilə bağlı Bakıda heç bir tədbirin keçirilməyəcəyini qeyd edib. Bunu da Q.Təbrizinin Bakıda olmayacağı ilə bağlayıb. Ancaq vurğulayıb ki, bu əlamətdar günlə bağlı dünyanın bir sıra dövlətlərində tədbirlər planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti